ƏDV məqsədləri üçün qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıda qeyd olunan tarixlərin birində qüvvəyə minir:
Məcburi qeydiyyat zamanı:
– ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda növbəti ayın birinci günündə;
– bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda əməliyyatın aparıldığı günədək.
Könüllü qeydiyyat zamanı:
– qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə.
– Vergi Məcəlləsində müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə.
Əsaslandırma: Vergi Məcəlləsinin 157.3-cü maddəsi.
Mənbə: sosial.gov.az
Bax:
İcarədə olan binanın təmir xərclərinin hesablanması
“Malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparılması” dedikdə nə nəzərdə tutulur?
Dividendlərin vergiyə cəlb edilməsi
Hansı mallara görə ödəmə mənbəyində vergi hesablanır?
Kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslərin vergi güzəştləri və azadolmalar barədə