“İcbari tibbi sığorta” barədə qərar ləğv edildi, yeni qərar imzalandı

birbank biznes

“İcbari tibbi sığorta”nın şəhər və rayonlar üzrə tətbiqi ardıcıllığı müəyyənləşdi.

birdəfəlik ödəmə, tədbirlər planı, , digər rayonlara getmək, karantin, aksiz dərəcələri, təsnifat kodları, Vergidən azadolunma,

“İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi və “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli qərarı ləğv edilib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı” təsdiq edilib (əlavə olunur).

Eyni zamanda qərarla icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı müəyyənləşib.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-4.1-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə aşağıdakı ardıcıllıq nəzərə alınmaqla tətbiq edilir:

– Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında 2020-ci ilin yanvar ayından etibarən;

– Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında 2021-ci ilin yanvar ayından etibarən;

– Bakı, Sumqayıt, Xankəndi şəhərlərində, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonlarında 2021-ci ilin aprel ayından etibarən.


“İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi və “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli Qərarının ləğv edilməsi barədə

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 mart tarixli 32-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2019-cu il 24 dekabr tarixli 898 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 31 mart tarixli 979 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı” təsdiq edilsin (əlavə olunur). 2. “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 2085; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 111 nömrəli Qərarı) ləğv edilsin.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 10 aprel 2020-ci il
№ 136

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 10 aprel
tarixli 136 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
İcbari tibbi sığortanın ölkənin inzibati ərazi
vahidləri üzrə tətbiqi ardıcıllığı.
1.“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-4.1-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə aşağıdakı ardıcıllıq nəzərə alınmaqla tətbiq edilir:

1.1. Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında 2020-ci ilin yanvar ayından etibarən;

1.2. Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında 2021-ci ilin yanvar ayından etibarən;

1.3. Bakı, Sumqayıt, Xankəndi şəhərlərində, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonlarında 2021-ci ilin aprel ayından etibarən.

Mənbə: nk.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Bax: Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamənin İSTİFADƏÇİ TƏLİMATI

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *