“icaze.e-gov.az” saytında yeni xidmət yaradılıb
“20 aprel tarixindən “icaze.e-gov.az” saytında yeni xidmət yaradılıb”.
Bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.
O bildirib ki, bəzən təşkilatlar icazələri portala daxil etdikdən, yaxud icazəni dayandırandan sonra bu barədə əməkdaşlarına məlumat vermirdilər:
“Bu isə ona gətirib çıxardı ki, vətəndaş icazəsinin olmadığını postda saxlanılarkən bilirdi və cərimələnirdi. Belə halların yaranmaması üçün dünəndən “icaze.e-gov.az”ı “my.gov.az” portalına inteqrasiya etdik. Artıq vətəndaşlar icazə ilə bağlı bildiriş alırlar. Yəni, “şəxsi kabinet”lərinə daxil olaraq öz icazələrinə baxa bilirlər”.
“Hətta həmin icazəni yükləyə bilərlər. İcazənin üstündə barkod və QR-kod imkanları da yaradılıb. Yəqin ki, sabahdan etibarən Daxili İşlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həmin QR-kodların xüsusi cihazlar vasitəsilə oxunması ilə postları daha sürətli keçməsi təmin olunacaq”, – deyə F.Cəfərov bildirib.
Mənbə: report.az
Bax:
-
Karantin dövründə Vergi ödəyicisi VÖEN-ni ləğv etmək üçün nə etməlidir?
-
Elektron kabinetə daxil olmaq üçün nəzərdə tutulmuş istifadəçi kodu, parol və şifrə unudulduqda, yenisi necə əldə edilə bilər?