Qeyri-rezidentin yerli müəssisəyə ödədiyi borc Azərbaycan mənbəyindən əldə olunmuş gəlir hesab edilirmi?

Qeyri-rezidentin ödədiyi borc, nağdsız ödənişdən imtina, POS-terminallar üçün tələblər, nağd qaydada alına bilən mallar, Azərbaycan şirkətinə həmtəsisçi olmaq, şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi, Vergi borcunun ödənilməsi, istifadəçi kodunun itirilməsi, hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi, təsərrüfatdaxili əməliyyatların uçotu, MMC-nin təşkilati-hüquqi forması, Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramı, qeyri-rezidentdən əldə edilən gəlirlər, Kassa çeki verməyən obyektlər, xammal və material sərfi, Kommunikasiya Strategiyası, əmlak vergisi, Əlavə dəyər vergisinin bəyannaməsi, Elektron xidmətin istifadəsi, DVX forum, Vergi uçotu, Vergi bəyannamələrinin yeni formaları, Xarici nəzarət, DVX onlayn görüş, Cari vergi ödəyiciləri, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, Xərc normaları, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisinin vəzifələri, sənədsiz evlərin satılması, hesabatların qəbul edilməməsi, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, Sadələşdirilmiş vergi bəyannaməsi,Şirkətimizin qeyri-rezident şirkətə göstərdiyi xidmətdən götürdüyü gəlir sahibkarlıq fəaliyyətindən əldə olunmuş ümumi gəlirə aid edilmişdir. Şirkətimiz həmin əməliyyatlar üzrə yaranan debitor borc məbləğini gəlirdən çıxılmayan xərclərə aid edərək sildiyi halda silinmiş borcun məbləği qeyri-rezidentin Azərbaycan mənbəyində əldə etdiyi gəliri kimi ödəmə mənbəyində vergiyə cəlb edilirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.16.5-ci maddəsinə əsasən vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən əldə edilən gəlir Azərbaycan mənbəyindən gəlirə aid edilmişdir.

Eyni zamanda Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin müddəalarına əsasən, qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirləri və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələrindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur.

Qeyd olunanlara əsasən, rezident müəssisə tərəfindən qeyri-rezidentə göstərilmiş xidmətlərə görə müəssisəyə ödənilməli borc məbləğinin silinməsi qeyri-rezidentin Azərbaycan mənbəyindən gəliri hesab edilərək ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb edilir.

Banner

Əsas: Vergi Məcəlləsinin 13-cü və 125-ci maddələri.

Mənbə: vergiler.az


İcbari tibbi sığorta haqqının tutulması