Həm sahibkarlıq fəaliyyəti, həm də əmlakını icarəyə verən fərdi sahibkar sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?

birbank biznes

Əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergi tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi fəaliyyət növü üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır.

Əsaslandırma: Vergi Məcəlləsinin 221.7-ci maddəsi.

Mənbə: sosial.gov.az


Bax:


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun