Vergi Məcəlləsində ‘daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər’ dedikdə nə nəzərdə tutulur?

birbank biznes

Ödəmə mənbəyində vergi, Vergi tutulan əməliyyatın vaxtı, dividendlər, vergi güzəştləri, maliyyə dəstəyi, vergi borcu, Vergi Məcəlləsi, vergi mükəlləfiyyəti, ƏDV məqsədləri, riskli vergi ödəyicisi, Əmtəəsiz əməliyyat, Debitor borclar, Fiziki şəxs, Vergi Məcəlləsi, maliyyə sanksiyası, gəlir vergisi, təsis payı, kassa, vergi, Kənd təsərrüfatı,Sual: AR Vergi Məcəlləsinin 218.4.1. maddəsinə əsasən Vergi Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımalar istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir.

Xahiş edirəm qeyd olunan maddənin “və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər” ifadəsinin izahını verərdiniz.

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxs sadələşdirimiş vergi ödəyicisi hesab olunur və daşımanın xarakterindən, nəqliyyat vasitəsinin növündən, oturacaq yerlərinin sayından və xidmətin həyata keçirildiyi yerdən asılı olaraq Vergi Məcəlləsinin 220.5-ci və 220.6-ci maddələri ilə müəyyən edilən qaydada vergini hesablayaraq öz istəyinə uyğun təqvim ayının sonunadək növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” alarkən dövlət büdcəsinə ödəməlidirlər.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, “Fərqlənmə nişanı” mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri olan, sərnişin və yük daşımalarını özü və ya müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxs tərəfindən alınmalıdır.

Əsas: Vergi Məcəlləsinin 218-ci və 220-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax:

TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun