Xüsusi karantin dövründə icazə verilən sahələrə uyğun fəaliyyət növləri elan olundu

birbank biznes

onlayn görüş, Nizamnamə kapitalı, İşçi sayına məhdudiyyət, monitorinqlər, Maliyyə dəstəyi, Dövlət Vergi Xidməti, rəhbər kadrlar, İqtisadiyyat Nazirliyi,İqtisadiyyat Nazirliyi xüsusi karantin rejiminin sərtləşdirilməsi dövründə “icaze.e-gov.az” portalından icazələrin alınması ilə bağlı məlumat yayıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən, bu Qərarın əlavəsində nəzərdə tutulmuş sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların işə çıxmasına onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə icaze.e-gov.az portalına daxil edildikdən sonra yol verilir.

İcazə almaq üçün fəaliyyət növünüzün (5 rəqəmli kodunun) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilən sahələrə uyğunluğunu yoxlamalasınız (fəaliyyət sahələri və kodları əlavə olunur).

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

Mənbə: taxes.gov.az


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Bax: 287 min şəxsə birdəfəlik şəkildə 190 manat ödəmə veriləcək


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.