Kapital Bank biznesə başlamaq üçün daha 30 nəfərə dəstək göstərib

Kapital Bank, Sberbank, nağdlaşdırma komissiyası, pos terminal, Kapital Bank, ƏDV, Qırmızı ürəklər, Kapital Bank,Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, əhalinin özünüməşğulluq işlərinin təşkili istiqamətində layihənin icrasına davam edir. Bu ilin əvvəlində Bank Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumuna qoşulub.

Layihə çərçivəsində bu dəfə Bakının Nərimanov, Xəzər, Suraxanı, Xətai, Nəsimi, Sabunçu, və Qaradağ rayonları, həmçinin Abşeron, Gəncə, Qubadlı, Şirvan, Balakən, Zaqatala, Qəbələ, Ağdaş, Yevlax və Goranboydan, ümumilikdə 30 nəfər işsiz, əlil, məcburi köçkün və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq avadanlıqlar təqdim edilib.

Qeyd edək ki, cari ilin aprel ayında Kapital Bank ilk olaraq 15 nəfərə biznesə başlamaq üçün yardım etmişdir ki, bununla da belə şəxslərin sayı 45 oldu. Bu layihə ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən həyata keçirilir və ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına öz töhfəsini verəcək.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 16 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

Banner

Kapital Bank


TELEQRAM KANALIMIZA ÜZV OLUN

 

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.