Azərbaycanda valyuta rejiminin liberallaşdırılmasının səbəbi açıqlandı

“Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta rejimini liberallaşdırması “çirkli pulların yuyulması”nın qarşısını almaq məqsədi daşıyır”.

Bunu jurnalistlərə açıqlamasında AMB sədrinin I müavini Alim Quliyev bildirib.

“Bu gün Azərbaycanın tədiyyə balansı kifayət qədər profisitlidir. İdxala, valyuta rejiminə nəzarətlə bağlı ciddi islahatlar aparılıb. Odur ki, belə bir qərar qəbul olundu. Bu gün hər bir vətəndaş 10 min ABŞ dollarına qədər vəsaiti ölkədən rahat çıxara bilər. Odur ki, valyuta rejimi həmin məbləğdən çox olan əməliyyatlara tətbiq olunur”, – o deyib.

Bundan başqa, AMB rəsmisinin sözlərinə görə, 2019-cu ildə banklar valyuta rejimi ilə bağlı tənzimləyici quruma 13 minə yaxın müraciət ünvanlayıb: “Bunlardan 8 mini məhkəməyə göndərilib və 5 minə yaxını ilə bağlı inzibati cəza (cərimə) tətbiq edilib”.

Banner

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti fevralın 20-də “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişiklikləri təsdiqləyib.

Bax: “Milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları”na dəyişikliklər təsdiq olunub

Mənbə: report.az



Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *