Ünvanlı yardım və işsizlikdən sığorta ödənişinin müddəti uzadılıb
Koronavirus pandemiyası ilə mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi proseduru sadələşdirilib.
Baş Nazir Əli Əsədovun bununla bağlı imzaladığı Qərara əsasən, ölkədə martın 1-dən etibarən xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə bu yardımın verilməsi 2020-ci il 1 iyul tarixinədək uzadılır.
Bundan başqa, 2020-ci il 1 aprel tarixindən etibarən işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi iki ay, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün ödənişi 2020-ci il 1 iyul tarixinədək olan müddətə davam etdiriləcək.
Mənbə: vergiler.az
Bax: 190 manat üçün yenidən müraciət edilməlidirmi? – Rəsmi Açıqlama