190 manat üçün yenidən müraciət edilməlidirmi? – Rəsmi Açıqlama

Əmək Məcəlləsində dəyişikliklər, Məşğulluq xidmətləri, Ünvanlı sosial yardım, qeyri-iş günləri, pensiya, işsizlik sığortası üzrə rekvizitlər, əmək haqqı gəliri, işsizlik səviyyəsi, Birdəfəlik ödəmə, İşsiz, İşsiz şəxslərin qeydiyyatıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sərt karantin rejimi tətbiq edilən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində veriləcək birdəfəlik ödəmə ilə bağlı bəzi detalları açıqlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə zamanı faktiki yaşayış yerinin nəzərə alınacağını bildirib.

“Bu zaman vətəndaşın aprel-may ayları üzrə birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi ünvan əsas götürüləcək. Birdəfəlik ödəmə üçün təkrar müraciətə ehtiyac yoxdur”, – o qeyd edib.

Mənbə: report.az


Bax: Sərt karantin tətbiq edilən şəhər və rayonlarda 190 manatlıq birdəfəlik ödəmə veriləcək

Banner

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.