Sərt karantin tətbiq edilən şəhər və rayonlarda 190 manatlıq birdəfəlik ödəmə veriləcək

birbank biznes

karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Xüsusi karantin rejimi, qeyri-iş, xüsusi karantin rejimi, icazələr, Müavinətlər, karantin, giriş-çıxış, vergi ödəyiciləri, müvəqqəti vergi rejimi, fəaliyyət bərpa olunur, gömrük, xüsusi karantin rejimi, İcbari tibbi sığorta, birdəfəlik ödəmə, tədbirlər planı, , digər rayonlara getmək, karantin, aksiz dərəcələri, təsnifat kodları, Vergidən azadolunma,Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi haqqında qərar verib.

Qərarda deyilir:

Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmə almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

Mənbə: report.az


Bax: Zəruri ərzaq məhsullarının ƏDV-dən azad edilməsi


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.