Ukraynada yeni vergi tətbiqi vəd olunub

birbank biznes

Ukraynada yeni vergi tətbiqi vəd olunub

Ukrayna prezidenti Vladimir Zelenskiy, Ali Radaya müraciətində çıxarılan kapitala vergi tətbiq olunması və vergi amnistiyası qanununun qəbulu üçün təşəbbüslə çıxış edəcəyini vəd edib. Onun sözlərinə görə, bu, koronavirus ilə bağlı böhrandan sonra iqtisadiyyatı bərpa etməyə imkan verəcək, Reuters agentliyi belə xəbər verib.

Zelenskinin sözlərinə görə, yeni vergi tətbiqi ilə bağlı Ukrayna cəmiyyətində lazımi qədər “sonsuz müzakirələr” olub. “Bu məsələdə artıq nöqtə qoymaq vaxtı gəlib çatıb və mən bunu etməyə hazıram”, – deyə, o, qeyd edib.

Çıxarılan kapitala tətbiq edilən vergi fiziki şəxslərin, qeyri-rezidentlərin gəlir vergisinin mövcud olmaması deməkdir. Biznes yalnız o halda vergini ödəyir ki, sahibkar dividendlərin ödənilməsi yolu ilə pul götürsün. Belə bir təklif ilk dəfə hələ Pyotr Poroşenkonun prezidentliyi dövründə formalaşdırılmışdı. Lakin ölkənin əvvəlki rəhbərliyi bu tədbirlərə getməmişdi.

Vergi amnistiyası dedikdə, vergilər ödənilmədən əldə edilmiş aktivlərin, gəlirlərin və əmlakın könüllü bəyan edilməsi nəzərdə tutulur. Təklifdən istifadə edənlər cinayət təqibinə düşməyəcəklər. Maliyyə, vergi və gömrük siyasəti komitəsinin sədri Daniel Getmansevin qeyd etdiyi kimi, baza dərəcəsi 5 faiz təşkil edəcək, xaricdəki aktivlər üçün faiz dərəcəsi 9 faiz, nağd pullar üçün isə 18 faiz səviyyəsində müəyyən ediləcək.

Zelenskiy çıxışı zamanı yeni fəlsəfənin tətbiqinə çağırış edib o, ölkənin buna hazır olduğunu bəyan edib. Onun fikrincə, bu, ölkənin qurulmasına yanaşmanı kökündən dəyişdirəcək.

Bundan əvvəl Ukraynanın baş naziri Denis Şmıqal gələcəkdə pensiyanın ləğv olunması ehtimalı ilə bağlı xəbərdarlıq etmişdi. Onun fikrincə, 15 ildən sonra büdcədə bunun üçün vəsaitlər olmayacaq. Bu problemi həll etməkdən ötrü vergiləri iki dəfə artırmaq lazım gələcək ki, buna da şirkətlər getmək istəmirlər.


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun