Koronavirusla bağlı Azərbaycanda onlayn satış və xidmətə keçmək tövsiyə olunur

Onlayn satış,Ötən gün Azərbaycanda koronavirusa (COVID-19) yoluxma sayında rekord göstəricinin qeydə alınması hökuməti əlavə tədbirlərin görülməsinə məcbur edib.

“Report”un məlumatına görə, artıq qabaqlayıcı tədbirlərin görülməsinə başlanıb.

Belə ki, hazırda açıq şəkildə müştərilərə xidmət göstərən mağazalar, satış və ictimai xidmət mərkəzlərinə onlayn satış və xidmətlərin həcminin artırılması üçün tövsiyələr verilib.

Onlara qarşıdakı 10 gün ərzində müştərilərlə təması tam minimuma endirməyi və müxtəlif platformalar vasitəsi ilə elektron satışı təşkil etmək məsləhət görülüb.

Mənbənin məlumatına görə, yoluxmaların sayı artacağı təqdirdə noyabrın 3-dən etibarən marketlər istisna olmaqla digər satış və xidmət mərkəzlərinin yenidən qapadılması nəzərdə tutulub.

Banner

Xatırladaq ki, ötən gün Azərbaycanda koronavirus infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb, 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 47 min 418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 619 nəfər müalicə olunaraq sağalıb, 648 nəfər vəfat edib. Aktiv xəstə sayı 6 151 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 260 min 193 test aparılıb. Bugünkü test sayı isə 9 457-dir.

Mənbə: report.az


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun