Ukraynada vergi əfvi barədə qanun qəbul olunub

vergi əfvi,Ukraynanın Ali Radası dövlət başçısı Vladimir Zelenskinin təşəbbüsü ilə vergi əfvi haqqında qanunu qəbul edib. Qanun fiziki şəxslərin gəlirlərini bir dəfə könüllü bəyan etməsini nəzərdə tutur.

Yeni qanun vergidən yayınmış ukraynalılara imkan verəcək ki, cəzadan azad olmaqla həqiqi gəlirlərini aşkara çıxarsınlar, aktivləri barədə bəyannamə versinlər. Vergi əfvi o cümlədən nağd vəsaitlərlə yanaşı, valyuta sərvətlərinə, qiymətli kağızlara, eləcə də Ukraynadakı və ölkə hüdudlarından kənardakı daşınmaz və daşınar əmlaka da şamil olunur.

Qanun çərçivəsində 2021-ci il sentyabr ayının 1-dən 2022-ci il sentyabr ayının 1-dək fiziki şəxslər öz aktivlərini bəyan edə biləcəklər. Bu zaman onlar Ukrayna banklarında yerləşdirilmiş aktivlərin dəyərinin 5 faizi, xarici kredit təşkilatlarında yerləşdirilmiş aktivlərin dəyərinin 9 faizi məbləğində birdəfəlik vergi ödəyəcəklər. Bu yığım 1 yanvar 2021-ci ildən 20 iyun 2022-ci ilədək olan müddətdə əldə ediləcək dövlət istiqrazları üçün həmin istiqrazların dəyərinin 2,5 faizini təşkil edəcək. Bununla belə, həmin bəyannaməni 2010-cu il yanvarın 1-dən yüksək dövlət vəzifəsi tutan şəxslər və Rada deputatları təqdim edə bilməyəcəklər.

Qeyd edək ki, qəbul olunmuş vergi əfvi V. Zelenskinin seçkiöncəsi vədlərindən biri idi.

Mənbə: vergiler.az

Banner


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun