Ukraynada internetə vergi tətbiq olunub

2021-ci il iyun ayının əvvəlində Ali Rada “Facebook”, “Netflix”, “Google” və digər internet nəhənglərini Ukraynada ƏDV ödəməyə məcbur edəcək bir qanun layihəsi qəbul edib. Qanunun qəbul olunmasından ötrü 226 zəruri səsə ehtiyac duyulsa da, təşəbbüs 283 deputat tərəfindən dəstəklənib.

Qanun Ukraynanın Vergi məcəlləsini “qeyri-rezidentlər tərəfindən fiziki şəxslərə elektron xidmətlərin tədarükü üzrə əməliyyatların əlavə dəyər vergisinə cəlb olunma qaydasının təkmilləşdirilməsi” ilə bağlı normaları tamamlayır. Qeyri-rezident şirkətlərin Ukrayna ərazisində fiziki şəxslərə təqdim etdikləri elektron xidmətlərə artıq 20% ƏDV tətbiq olunacaq. Bundan ötrü qeyri-rezident şirkətlər Ukraynada vergi ödəyiciləri siyahısına daxil edilir.

Elektron xidmətlərin ƏDV-nin vergiyə cəlb edilməsinin xüsusi qaydalarının müəyyən edilməsi xarici dövlətlərdə, məsələn, Avropa İttifaqı ölkələrində, Avstraliya, Belarus, Qazaxıstan, Rusiya kimi ölkələrdə adi praktikaya çevrilib – qanun layihəsinə əlavə edilən izahedici qeyddə belə deyilir.

Orada da həmçinin deyilir ki, qanun layihəsi sayəsində dövlət büdcəsini doldurmaq və bütün vergi ödəyicilərinin bərabərlik prinsipini təmin etmək planlaşdırılır.

Qanunun əsas müddəaları aşağıdakılardır:

Banner
  • elektron formada tərtib edilmiş xidmətlərin göndərilməsi faktını təsdiq edən sənədlər üçün bu cür sənədin rəsmiləşdirilmə tarixi, bu cür elektron sənədin tərtib olunduğu tarix hesab olunur;
  • təhsil xidmətlərinin göstərilməsi çərçivəsində elektron təhsil (tədris) resurslarına çıxışın təmin edilməsi yolu ilə elektron xidmətlərin göstərilməsi əlavə dəyər vergisindən azad edilir;
  • əlavə dəyər vergisi ödəyiciləri tərəfindən qeydiyyata alınan şəxslərin siyahısına qeyri-rezidentlər daxil edilib;
  • elektron xidmətlərin tədarük yerinin (B2C) müəyyənləşdirilməsi qaydaları müəyyən edilib;
  • qeyri-rezident təchizatçılar üçün xüsusi hazırlanmış veb-portalda məsafədən elektron formada həyata keçirilə bilən ƏDV ödəyicisinin sadələşdirilmiş qeydiyyat proseduru müəyyən edilmişdir.


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun