Gürcüstanda turizm sektoru üzrə vergiləri ödəmək müddəti uzadılıb

Turizm sektoru və əlaqədar sahələrdə fəaliyyət göstərən şirkətlər və özüməşğul vətəndaşlar üçün vergi ödəmək müddəti dörd ay uzadılıb. Baş nazir Georgi Qaxariya koronavirusun yayılmasının iqtisadi nəticələrinin azaldılması ilə bağlı hökumətin böhrana qarşı planını açıqlayarkən bildirib ki, “hökumət mehmanxana və restoranlar da daxil olmaqla turizmlə bağlı sahələr və şirkətlər üçün, eləcə də turizm agentlikləri, nəqliyyat müəssisələri, ekskursiya xidmətləri kimi sahələr üçün əmlak və gəlir vergilərinin ödənilmə müddətini dörd ay təxirə salıb”. Baş nazirin sözlərinə görə, bu tədbir 18 min şirkəti və 50 minə yaxın özüməşğul şəxsi əhatə edəcək ki, bununla təxminən 100 milyon lari (60,5 milyon mabat) həcmində vəsaitin turizm sektorunun sərəncamında qalmasına şərait yaranacaq.

Mənbə: vergiler.az


Bax: Azərbaycanın regionlarında vergilərin azaldılması təklif olunur


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
turizm sektoru

Leave a Reply

Your email address will not be published. Required fields are marked *