Təqdim edilən mallara görə vergi azadolmasının tətbiqi

Sosial ödənişlərin təyin edilməsi qaydasıMən Cəbrayıl rayonunda fərdi sahibkar kimi tikinti materiallarının topdansatışı ilə məşğulam. Sabirabad rayonunda fəaliyyət göstərən vergi ödəyicisinə elektron qaimə-faktura təqdim edilməklə satdığım tikinti mallarına görə vergi azadolması tətbiq edilirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir.

Həmin şəxslər malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazidən kənarda fəaliyyət göstərən şəxslərə təqdim etdikləri, o cümlədən Azərbaycan Respublikası ərazisindən ixrac etdikləri halda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları həmin şəxslərə şamil edilmir.

Buna əsasən, tərəfinizdən işğaldan azad edilmiş ərazilərdən kənarda fəaliyyət göstərən vergi ödəyicisinə təqdim edilən mallara görə vergi azadolması tətbiq olunmur.

Banner

Əsas: Vergi Məcəlləsinin 227.4.2-ci maddəsi.

Mənbə: vergiler.az