Kənd təsərrüfatı istehsalına ayrılan subsidiya məbləği mənfəət vergisinə cəlb edilirmi?

birbank biznes

subsidiya məbləği, Proqram təminatının satışı, Əmək hüququnun pozuntuları, mə­zu­niy­yət haq­qı,Gədəbəy rayonunda kartof məhsulu istehsalı ilə məşğul olan hüquqi şəxsə Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən dövlət büdcəsi vəsaiti hesabına ayrılan subsidiya məbləği mənfəət vergisinə cəlb edilirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin satışdankənar gəlirləri, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi şəxslərin dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 1 (bir) il müddətinə mənfəət vergisindən azaddır.

Qeyd olunanlara əsasən, dövlət büdcəsi vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxsə ayrılan subsidiya məbləği hüquqi şəxsin satışdankənar gəlirlərinə aid edilməklə mənfəət vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 106.1.14-1-ci maddəsi.

Mənbə: vergiler.az