Sual: Bildirmək istəyirəm ki, şirkətin 2 təsisçisi var və təsisçilərindən biri öz payını digər şəxsə satmaq istəyir. Bu zaman hansı vergi öhdəlikləri yaranacaq və hesablama necə aparılacaq?
Cavab: Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payı və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir).
Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.
Eyni zamanda, Cəmiyyətin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir və bu zaman bu Məcəllənin 122.1- ci maddəsi ilə ödəmə mənbəyində vergi tutulur.
Əsas: Vergi Məcəlləsinin 96.5-ci, 101.2-ci, 104.6-cı, 105.1-ci maddələri.
Mənbə: taxes.gov.az
Bax:
Gecikməyə görə tətbiq edilən cərimə əlavə dəyər vergisinə cəlb edilirmi?
İşçinin əmək haqqından işəgötürən tərəfindən həyata keçirilən tutulmalar hansılardır?
Sosial xarakterli xərclər hansılardır?
Eyni vaxtda iki qayda pozuntusuna görə maliyyə sanksiyasının hesablanması
166-cı maddədə “debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt” dedikdə nə nəzərdə tutulur?
İnventarlaşdırma nəticəsində olan artıq gəlmə vergi öhdəliyi yaradır?
İstifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya
Sahibkarlıq fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət daxil olduqda həmin fiziki şəxsdə növbədənkənar səyyar vergi yoxlaması da keçirilə bilər?
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.