Türkiyədə kino biletlərinə görə tamaşaçılardan vergi tutulmasının dayandırılma müddəti uzadılıb

vergi, özəl rabitə vergisi,Türkiyə Respublikası Prezidentinin sərəncamı ilə ölkədə “əyləncə vergisi” kimi tanınan kino biletlərinə görə tutulan vergiyə sıfır dərəcənin tətbiqi müddəti 2022-ci il may ayının 31-dək uzadılıb.

Qeyd edək ki, qardaş ölkənin qanunvericiliyinə əsasən, biletlə giriş olan yerlərdə tamaşaçılar biletin qiymətinin 10 faizi qədər vergi ödəyirlər. Sirk, lunapark, musiqili bağça kimi əyləncə yerlərində isə bu verginin dərəcəsi 20 faizə qədər artır.

Türkiyədə yerli və xarici filmlərin nümayişi üçün tutulan əyləncə vergisinin dərəcəsi əvvəlcə 2021-ci il mayın 31-dək sıfıra endirilmişdi. Sonradan bu müddət iyul ayının sonuna qədər uzadıldı. Prezidentin yeni bir fərmanına əsasən isə yerli və xarici filmlərə baxmaq istəyənlər gələn il may ayının sonuna qədər əyləncə vergisi ödəməkdən azad ediliblər.

Mənbə: vergiler.az


Banner

TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun