Vergi ödəyicisinin vergi öhdəlikləri siyahıya alınmış əmlakın satışından sonra yerinə yetirilməmiş qaldıqda, başqa ad altında fəaliyyət göstərən, lakin məhkəmənin qərarı əsasında həmin vergi ödəyicisinə məxsus olması müəyyən edilən və Vergi Məcəlləsində müəyyən edilmiş qaydada siyahıya alınma tətbiq edildiyi gündən əvvəlki 3 illik dövr ərzində aparılmış əməliyyatda onun aktivlərini almış şəxs, aldığı aktivlərin dəyərindən bu cür aktivlərə görə ödədiyi hər hansı məbləğlər çıxılandan sonra qalan məbləğdə vergi ödəyicisinin öhdəlikləri üzrə birgə məsuliyyət daşıyır.
Əsaslandırma: Vergi Məcəlləsinin 91-ci maddəsi.
Mənbə: sosial.gov.az
Bax:
Sənədlər vergi orqanı tərəfindən vergi ödəyicisinə göndərildikdə nə zaman çatdırılmış sayılır?
Qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər hansılardır?
Elektron qaimə-faktura təqdim etməli olan şəxslər
Hansı mallara görə ödəmə mənbəyində vergi hesablanır?
Nəqliyyat vasitəsinin yanacaq xərclərinin gəlirdən çıxılması