Elektron qaimə-faktura təqdim etməli olan şəxslər

Elektron qaimə-faktura, elektron qaimə, E-qaimə,Dövlət Vergi Xidmətindən bildirilir ki, aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir:

– bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi;

– dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi;

– notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi.

Banner

Elektron qaimə-faktura göndərmək öhdəliyi istisna olunan şəxslər üçün elektron qaimə-fakturanın təqdim olunması ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.

Əsaslandırma: Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsi.

Mənbə: vergiler.az


Bax:


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun