Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hansı hallarda verilmir?

birbank biznes

əməkhaqqının saxlanması, Qadın əməyi, Əmək pensiyasına əlavə, əmək məzuniyyəti, əmək kitabçalarının ləğvi, 2021-ci il üçün istehsalat təqvimi, 190 manat, işsizlikdən sığorta, Əmək münasibətləri, Sosial xərclər, sosial ödəmə, hüquq pozuntuları, Əmək müqaviləsinin forması, 190 manat, Əmək Məcəlləsində dəyişikliklər, Məşğulluq xidmətləri, Ünvanlı sosial yardım, qeyri-iş günləri, pensiya, işsizlik sığortası üzrə rekvizitlər, əmək haqqı gəliri, işsizlik səviyyəsi, Birdəfəlik ödəmə, İşsiz, İşsiz şəxslərin qeydiyyatıƏmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı hallarda verilmir:

– 6 ay sosial sığorta stajı olmayan şəxslərə;

– əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş vermişdirsə;

– işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədi ilə sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda və yaxud özünü yalandan xəstə kimi qələmə verdikdə;

– törətdikləri cinayət zamanı aldıqları zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdikdə;

– məhkəmənin qərarı ilə məcburi müalicə zamanı (ruhi xəstələrdən başqa).

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi dövlət sosial sığortası üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə sığortaedən tərəfindən hesabat təqdim edilməyən dövrdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı baş verdikdə, müavinətin verilməsi hesabat təqdim edilən tarixə kimi dayandırılır. Əgər sığortaedən hesabat əvəzinə fəaliyyətin olmaması barədə arayış təqdim edərsə, bu dövr müvəqqəti olaraq işin dayandırıldığı dövr hesab olunur və bu müddət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı (hadisəsi) baş verdikdə müavinət verilmir.

Mənbə: sosial.gov.az


Bax:


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun