Kompensasiya məbləği və muzdlu işçilərin sayı məlum oldu
Azərbaycanda pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 300 min muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi (iş yerlərinin azaldılmaması) nəzərdə tutulub.
Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.
Bu məqsədlə, 215 milyon manat ayrılıb.
Bax:
-
Koronavirusun iqtisadiyyata təsiri ilə bağlı tədbirlər planı təsdiqləndi
-
Vergi güzəştləri və tətillər veriləcək