İxracla məşğul olan KOB-lar üçün onlayn təlim keçiriləcək

birbank biznes

onlayn təlim, maliyyə dəstəyi, maliyyə sanksiyaları, Elektron qaimə, Bank rekvizitləri, fəaliyyət növləri, onlayn görüş, Nizamnamə kapitalı, İşçi sayına məhdudiyyət, monitorinqlər, Maliyyə dəstəyi, Dövlət Vergi Xidməti, rəhbər kadrlar, İqtisadiyyat Nazirliyi,Avqustun 12-də, saat 15.00-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Malların daxildə emal xüsusi gömrük proseduru ilə rəqabətqabiliyyətli ixrac imkanları” mövzusunda onlayn təlim keçiriləcək.

Tədbirin keçirilməsində məqsəd xarici ticarət fəaliyyəti iştirakçısı olan KOB subyektlərinin Azərbaycan Respublikasının ticarət qanunvericiliyi, o cümlədən malların daxildə emal xüsusi gömrük proseduru ilə yerləşdirilməsi və müvafiq icazənin verilməsi, hüquqların və öhdəliklərin digər şəxslərə verilməsi qaydaları, idxal-ixrac əməliyyatları zamanı tətbiq olunan vergi və gömrük güzəştləri və s. barədə maarifləndirilməsidir.

Onlayn təlim zamanı İqtisadiyyat Nazirliyinin və Dövlət Gömrük Komitəsinin nümayəndələri tərəfindən mövzu ilə bağlı təqdimat keçiriləcək, praktik məlumatlar veriləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaq.

Xarici ticarətlə məşğul olan sahibkarlar onlayn təlimə “Microsoft Teams” platforması vasitəsilə aşağıdakı linkə daxil olmaqla qoşula bilərlər:

ttps://bit.ly/31v2wnQ

Əlaqələndirici şəxs:

KOBİA-nın əməkdaşı Urfan Nəbiyev (+994 12) 404-04-01.

Mənbə: vergiler.az


Bax: Bu gündən bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayı ilə bağlı məhdudiyyət götürülüb


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun