Bu gündən bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayı ilə bağlı məhdudiyyət götürülüb

birbank biznes

işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, Elektron alış aktı, ictimai iaşə, icazə, karantin rejimi, işləməyəcək yerlər, Həftə sonu qadağası, Vahid büdcə, karantin dövrü artırılır, Özünüməşğulluğun təşkili, Müvəqqəti vergi rejimi, gömrük, tədbirlər planı, Qeyri-iş günləri, aksiz dərəcələri, təsnifat kodları,Bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyət bu gündən ləğv edilib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin rejiminin yumşaldılması istiqamətində qəbul etdiyi növbəti tədbirlər paketində əksini tapıb. 

Bu sahələr aşağıdakılardır:

– Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

– Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

– Mühəndislik və layihələndirmə xidmətləri;

– Qablaşdırma məhsullarının istehsalı;

– Daş, metal və taxta məhsullarının istehsalı;

– Mebel istehsalı və təmiri;

– Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

– Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;

– Onlayn satışlar;

– Kimyəvi təmizləmə;

– Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

– Avtomobillərin təmiri;

– Avtomobil yuyulma məntəqələri;

– Heyvan sığınacaqları;

– Tərcümə xidmətləri.

Mənbə: apa.az


Bax: Karantin rejimi yumşaldılır – fəaliyyətinə icazə verilən sahələrin siyahısı artırıldı!


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun