Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, mütəmadi şəkildə müxtəlif aksiyaları keçirir. Hazırki xüsusi karantin rejimini dövründə də belə aksiyalar təşkil edilir. Bank bu dəfə “Beat Group” şirkətinin keçirdiyi xeyriyyə aksiyasına dəstək göstərib.
Şirkət, pandemiya zamanı yığılan ianələr hesabına “Beat Group”a daxil olan restoranlar şəbəkəsində müxtəlif yeməklər hazırlayaraq, hər gün aztəminatlı ailələrə yardım formasında könüllülər tərəfindən çatdırırlar. Kapital Bank bu layihəyə dəstək verməklə, ianələrin yığılması üçün “Beat Group” tərəfindən açılan bank hesabları haqqını, həmçinin elektron POS terminallar üzrə qəbul olunan komissiyaları 0 AZN olaraq müəyyən edib.
Qeyd edək ki, xeyriyyə təşəbbüsünə qoşulmaq istəyənlər www.evdeq.al saytındakı anketi doldurmaqla həmin təşəbbüsü dəstəkləyə bilərlər.