Böyük ürəyə sahib “Qırmızı ürəklər”!

Böyük ürəyə sahib “Qırmızı ürəklər”!


Son zamanlar ölkədə xüsusi karantin rejimi şəraitində dövlət qurumları ilə yanaşı, şirkətlər və ayrı-ayrı insanlar bir sıra xeyriyyə tədbirləri, yardım aksiyaları həyata keçirirlər. Sözügedən dəstək aksiyalarına Kapital Bank-ın əməkdaşları da qoşulub. Bankın yardım fonduna ayırdığı vəsait, sahibkarlara, təqaüdçülərə və digər müştərilərə etdiyi güzəştlərlə yanaşı, əməkdaşları tərəfindən təşəbbüs qrupu da yaradılıb.

Kapital Bank-ın əməkdaşlarının təşəbbüsü ilə yaradılan  “Qırmızı ürəklər” könüllülər qrupu Bakı ilə yanaşı regionlarda da xeyriyyə aksiyaları keçirir. İmkansız, çoxuşaqlı ailələri, əlilləri, yaşlı insanları ziyarət edir, onlara ərzaq və gündəlik tələbat məhsulları təqdim edir. Bu günə qədər ölkənin 50-dək rayonunda xeyriyyə aksiyaları təşkil edilib, 1000-ə yaxın aztəminatlı ailələrə yardım göstərilib.

“Son aylar ərzində ölkədə mövcud rejimlə əlaqədar müxtəlif sosial aksiyalar təşkil olunur. Kapital Bank da keçirilən dəstək və ianə tədbirlərinə qoşulub. Bu haqda artıq müxtəlif resurslar vasitəsilə məlumat vermişik. Bu gün mən bankın deyil, məhz bank əməkdaşlarının təşəbbüsünü qeyd etmək istərdim.  Sevindirici hal odur ki, əməkdaşlarımızın yaratdıqları “Qırmızı ürəklər” könüllülər qrupu pandemiya dövründə çətinlik çəkən ailələrə qarşı biganə qalmayaraq bir çoxlarına dəstək oldu. Bildirim ki, təşkil etdikləri tədbirlər və xərclənən vəsait əməkdaşlarımız tərəfindən könüllü şəkildə həyata keçirilir. Belə gözəl layihəni həyata keçirdikləri üçün hər bir əməkdaşımıza təşəkkürümü bildirirəm və onlarla qürur duyuram”, – deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.

Banner

Qeyd edək ki, hazırda 100-dək üzvü olan təşəbbüs qrupu, 2019-cu ilin dekabr ayında yaradılıb. Qrupun əsas fəaliyyət istiqaməti uşaq evlərinə, sığınacaqlara yardım etməkdir. Təşəbbüs qrupu tərəfindən Azərbaycan Uşaqlar Birliyi Uşaq Reinteqrasiya mərkəzinə, Saray qəsəbəsində yerləşən Sosial Əmək fondunun nəzdində yerləşən 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinə və digər yerlər də dəfələrlə ziyarətlər təşkil olunub. Hazırki pandemiya şəraitinə biganə qalmayan “Qırmızı ürəklər”, istisna olaraq aztəminatlı ailələrə də kütləvi yardımlar həyata keçirir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Bax: Kapital Bank növbəti xeyriyyə aksiyasına dəstək göstərdi

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *