Kapital Bank biznesə başlamaq üçün 15 nəfərə dəstək göstərib

Kapital Bank biznesə başlamaq üçün 15 nəfərə dəstək göstərib


təqaüd, müavinət, kapital bank, subsidiya, Müştəri Bank,Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, əhalinin özünüməşğulluq işlərinin təşkili istiqamətində növbəti layihənin icrasına başlayıb. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumuna qoşulub.

Bununla da Bakının Nizami və Binəqədi rayonu, həmçinin Gəncə, Ağdam, Xocalı, Gədəbəy, Oğuz, Şəmkir, Füzuli, Göyçay, Astara və Cəlilabaddan, ümumilikdə 15 nəfər işsiz, əlil, məcburi köçkün və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq avadanlıqlar təqdim edilib.

Qeyd edək ki, layihə ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən həyata keçirilib və ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına öz töhfəsini verəcək.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Banner

 

Kapital BankKapital Bank

 


Bax:

Kapital Bank
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *