İşsizlikdən Sığorta ödənişinin verilməsi aşağıdakı hallarda dayandırılır:
- sığorta ödənişini alan şəxs işlə təmin edildikdə;
- sığorta ödənişini alan şəxs fərdi məşğulluq proqramını üzrlü səbəblər olmadan icra etmədikdə;
- sığorta ödənişini alan şəxsin sığorta ödənişinin ödənilmə müddətləri başa çatdıqda;
- sığorta ödənişini alan şəxs üzrlü səbəblər olmadan fərdi məşğulluq proqramının icrası barədə hesabat təqdim etmədikdə;
- sığorta ödənişini alan şəxs ona təklif olunan iki münasib işdən, peşə hazırlığından və ya əlavə təhsildən imtina etdikdə;
- sığorta ödənişini alan şəxs sığorta ödənişi aldığı dövrdə MAS-a məlumat vermədən işə düzəldikdə;
- sığorta ödənişini alan şəxs MAS vasitəsilə işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərini və müddətlərini pozduqda;
-
sığorta ödənişini alan şəxs qanunla müəyyən olunmuş qaydada işə bərpa edildikdə;
- sığorta ödənişi alan şəxs ali və orta ixtisas təhsil müəssisəsinə qəbul olunduqda;
- sığorta ödənişi alan şəxs hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda;
- sığorta ödənişi alan şəxsin barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
- sığorta ödənişi alan şəxsə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşa görə əmək pensiyası təyin edilmək üçün əsaslar yarandıqda;
- sığorta ödənişi alan şəxsə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşa görə müavinət təyin edilmək üçün əsaslar yarandıqda;
- sığorta ödənişi alan şəxs tərəfindən təqdim olunmuş sənədlərdə təhrif olunmuş və ya qanuna uyğun olmayan məlumatlar aşkar olunduqda;
- sığorta ödənişi alan şəxs vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdəə
- sığorta ödənişini alan şəxs tərəfindən işsiz kimi qeydiyyatdan çıxarılma barədə ərizə təqdim edildikdə.
Mənbə: sosial.gov.az
Bax: