Hansı hallarda şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir?

birbank biznes

malların alışıAşağıdakı şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir:

– 15 yaşına çatmayanlar;

– ali və orta ixtisas təhsil müəssisəsində əyani təhsil alanlar;

– “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslər;

– Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsində və 75-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərində göstərilən hallar istisna olmaqla, göndəriş əsasında bağlanılmış əmək müqaviləsinə bu müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl öz təşəbbüsü ilə xitam verən şəxslər, 6 (altı) ay müddətində.

– İşsiz kimi qeydiyyata alınmayan və ya işsiz kimi qeydiyyatı ləğv olunan şəxs, məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyatda saxlanılır və işsiz kimi qeydiyyata alınmaq üçün təkrar 1 (bir) aydan sonra müraciət etmək hüququna malikdir.

Təqdim edilmiş sənədlərdə təhrif olunmuş və ya yalnış məlumatlar olduğu üçün işaxtaran kimi qeydiyyatı ləğv edilmiş şəxs həmin hal aradan qaldırıldıqdan sonra işaxtaran kimi qeydiyyata alınmaq üçün təkrar müraciət etmək hüququna malikdir.


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Bax: Fərdi uçotla bağlı sığorta olunanın hüquqları hansılardır?


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.