İşəgötürən işçini ixtisar etdiyi halda müavinət

ödənişlər, vergi öhdəliyi, gəlir vergisiİşəgötürən işçini ixtisar etdiyi halda işçiyə xəbərdarlıq müddəti əvəzinə əmək haqqı verilir. Bu zaman işdənçıxarma üçün müavinət də ödənilməlidirmi?

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, karantin rejimində bəzi hallarda işəgötürən müəyyən qrup işçilərin ixtisarına qərar verir. Bəs işçinin xəbərdarlıq müddəti əvəzinə ödəniş alması prosesi necə baş verir?

Misal: İşəgötürən pandemiyanın təsiri nəticəsində orta aylıq əmək haqqı 400 manat, iş stajı 1 ilədək olan işçinin ixtisar edilməsinə qərar verir. İşəgötürən işçinin razılığı ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə, orta aylıq əmək haqqının 0,5 mislini bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verir.

Burada maraq doğuran sual budur ki, işəgötürən bu ödənişlə yanaşı, işçiyə Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan bir ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqı miqdarında işdənçıxma üçün müavinət ödəməlidirmi?

Bəzi ekspertlər hesab edirlər ki, işçi xəbərdarlıq müddətini gözləmədən iki həftə işləməklə həm əmək haqqı, həm də işdənçıxma müavinətini almalıdır. İşəgötürəni qane edir ki, işçi iki həftə işə gəlməsin, bunun müqabilində ona həm xəbərdarlıq əvəzinə ödənişi, həm də işdənçıxma müavinətini ödəsin.

Banner

Digər mövqeyə görə, xəbərdarlıq əvəzinə verilən ödəniş elə işdənçıxma müavətini əvəz etdiyi üçün işçiyə hər hansı əlavə ödəniş olunmasına ehtiyac yoxdur.

Əmək Məcəlləsinin 77-ci maddəsində işçinin əmək müqaviləsinə ştatların ixtisarı ilə əlaqəlar xitam verildikdə təminat olaraq xəbərdarlıq müddəti əvəzinə əmək haqqının və işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulur və bu ödənişlərin hər ikisi işçiyə verilməlidir.
İşçi xəbərdarlıq müddətində işləmək istəməsə, öz arzusu ilə xəbərdarlıq müddətini gözləmədən bu müddət üçün (və ya xəbərdarlıq müddətinin qalan mütənasib hissəsi üçün) müəyyən edilən orta əmək haqqını ala və işdən azad ola bilər. Adətən, bu, işçi özünə yeni iş tapanda baş verir. Bu halda, işdənçıxarma müavinəti də mütləq ödənilməlidir.

Mənbə: vergiler.az


Bax:

TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun