Hədiyyə kartı ilə satış zamanı NKA çeki verilməlidir?
Sual: “A” MMC hədiyyə kartı satır, hansı ki həmin kartla alıcı televizor əldə edə bilir. İkinci sual ondan ibarətdir ki, fiziki şəxs Vəli 500 manatlıq hədiyyə kartı alır və kartı digər fiziki şəxsə – Əliyə hədiyyə verir. Əli 600 manatlıq TV alır – 100 manatı öz bank kartından, 500 manatı hədiyyə kartından. Bu hər iki əməliyyat zamanı hansında NKA çeki olacaq və edvgerial.az saytından kim və hansı məbləğdən istifadə edə biləcək?
Cavab: Bildiririk ki, cəmiyyət tərəfindən müştəriyə təqdim edilən hədiyyə kartına görə əldə olunan vəsaitə görə nəzarət-kassa aparatının çeki təqdim edilir. Eyni zamanda müştəri tərəfindən alınmış hədiyyə kartı əsasında mallar alınarkən satılan malın dəyərinə də nəzarət kassa-aparatının çeki verilir.
Bu zaman hədiyyə kartının satışına görə və həmin hədiyyə kartı əsasında təqdim edilən mala görə nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim olunur.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.
Mənbə: taxes.gov.az
Bax:
Hansı halda işçinin gəlirindən işsizlik sığortası tutulmur?
Hədiyyə bağışlanan şəxsin hansı vergi öhdəlikləri olur?
Qonorardan sosial sığorta haqqı hesablanmalıdır?
Həyatın yığım sığortası və vergitutma məsələləri
Təmirlə bağlı xərclərin gəlirdən çıxılması
İşçinin əmək haqqından işəgötürən tərəfindən həyata keçirilən tutulmalar hansılardır?
Obyekt valideynin adına olduqda icarə müqaviləsi bağlanılmalıdır?
POS-terminalın quraşdırılması kimin vəzifələrinə aiddir?