Sual: Hörmətli vergi əməkdaşları, Müəssisəmiz jurnal nəşri ilə məşğuldur. Jurnalımızda müəlliflər tərəfindən təqdim edilmiş elmi məqalələr dərc olunur və bunun müqabilində müəlliflərə qonorar ödənilir. Müəlliflərə ödənilən qonorar VM 124.1 və 124.2 maddəsinə əsasən royaltidən gəlir kimi götürülür. Müəlliflər hüququ və əlaqəli hüquqlar haqqında qanunun 5 ci maddəsinə və Sosial Sığorta haqqında qanunun 15-ci maddəsinə əsasən royaltidən gəlir əldə edən fiziki şəxslərin gəlirləri qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab edildiyindən məcburi sosial sığorta haqqı tutulan gəlirlərə aid edilməmişdir.
Digər tərəfədn, Sosial sığorta Qanunun 14.5.4 maddəsinə əsasən mulliflik qonorarı ödəyən hüquqi və fiziki səxslər ücün ödəmə mənbəyindən tutulmaqla — hesablanmıs qonorar məbləğinin 15 faiz miqdarında sosial sığorta haqqı tutulur. Qeyd edilən halda artıq müəlliflik qonorarı anlayışı royalti anlayışına uyğun gəlmir. Royalti isə Vergi Məcəlləsinin 13.2.33-cü maddəsinə əsasən Royalti – ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq jurnalda məqalə dərc etdirən şəxslərə ödənilən müəlliflik qonoraraına görə VM-nin hansı maddəsinə əsasən vergilərin hesablanmasını və yaxud sosial sığorta haqqında qanunun müvafiq maddələrinə əsasən məcburi dövlət sığorta haqqının hesablanıb-hesablanmaması haqqında münasibət bildirməyinizi Sizdən xahiş edirəm
Cavab: Bildiririk ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir.
Royalti isə ədəbiyyat, incəsənət, yaxud elm əsərləri ilə yanaşı, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmaya, yaxud istifadə hüquqlarının verilməsinə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə ödənilən haqqı özündə ehtiva edir.
Əlavə olaraq bildiririk ki, müəlliflik qonorarı royalti anlayışı ilə əhatə olunmaqla sosial sığorta haqqı hesablanmayan gəlir növüdür. Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergiyə cəlb olunur.
Əsas: Vergi Məcəlləsinin 124-cü maddəsi, Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü, 5-ci, 6-cı və 15-ci maddələri.
Mənbə: taxes.gov.az
Bax:
İnvestisiya təşviqi sənədi üzrə gətirilmiş avadanlıqlar hansı halda vergiyə cəlb olunur?
Əlilliyi olan işçilərə əmək məzuniyyətinin verilməsi
Xarici ölkələrə ezamiyyə xərclərinin hesablanması
Benzin və dizel yanacaqlarının satın alınması zamanı əvəzləşdirmə
Gəlir vergisindən güzəşt hüququ əldə etmək üçün hansı sənədlər təqdim edilməlidir?