İşçilərin yemək xərclərinin təmin olunması məqsədilə ödənilən ƏDV məbləği əvəzləşdirilmədiyindən gəlirdən çıxılan xərclərə aid edilir?

birbank biznes

ƏDV bəyannaməsi,Sual: ƏDV qeydiyyatında olan hər hansı bir restoran və ya yeməkxana başqa şirkətin işçi heyətinə yeməkxana xidməti göstərir. Bu halda xidmət göstərən təşkilat yazdığı e-qaimədə göstərilən ƏDV, xidməti qəbul edən təşkilatda necə əksini tapmalıdır? Yeməkxana xidmətləri zamanı xidmətin ƏDV məbləği əvəzləşmədiyi üçün xərcə salınmalıdırmı?

Cavab: Bildiririk ki, sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakter daşıyan vergi ödəyicisinin bu cür fəaliyyət çərçivəsində çəkilən əyləncə və sosial xərcləri istisna olmaqla əyləncə və yemək xərclərinin gəlirdən çıxılmasına yol verilmir. Həmçinin, işçilərin yemək xərclərinin təmin olunması məqsədilə ödənilən ƏDV məbləğinin əvəzləşdirilməsinə və gəlirdən çıxılan xərclərə aid edilməsinə yol verilmir. Qeyd olunan xərclər müəssisənin sərbəst mənfəəti hesabına maliyyələşdirilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109.3-cü və 175.3-cü maddələri.

Mənbə: taxes.gov.az


Bax:

TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun