“Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü” meyarlarına əsasən, işçilərin orta siyahı sayı vergi ödəyicisinin faktiki fəaliyyət göstərdiyi aylar üzrə işçilərin sayı toplanaraq həmin ayların sayına bölünmə yolu ilə müəyyənləşdirilir. Həmçinin növbəti hesabat ilində sahibkarlıq subyektilərinin bölgüsü meyyarlarının müəyyən edilməsi üçün cari ildəki meyar əsas götürülür və növbəti hesabat ilinin sonunda həmin il üçün həmin ilin nəticələri əsasında meyar yenidən müəyyən edilir.
Əsaslandırma: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü”.
Mənbə: sosial.gov.az
Bax:
Hansı hallarda işəgötürən işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıyır?
Qeyri-maddi aktivlər: mühasibat uçotu və vergi uçotu
Əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergi məbləğindən artıq olması
102.2.5 maddəsindəki güzəşt üçün hansı sənədlər tələb edilir?
İşçilərin attestasiyası hansı qaydada həyata keçirilir?