Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “TechFin” MMC-nin “Hesabat” onlayn-mühasibat həllinə (www.hesabat.az) “Startap” şəhadətnaməsi verilib.
“Hesabat” onlayn-mühasibat platforması mikro və kiçik sahibkar subyektlərinin öz mühasibat uçotunu asan şəkildə idarə etməsi üçün yaradılmış onlayn-mühasibat platformasıdır. Onlayn-mühasibat mikro və kiçik şirkətlərin uçotunun aparılmasına imkan verən xüsusi bir proqram təminatıdır.
Onlayn-mühasibat sizin kompüterinizə yüklədiyiniz köhnə mühasibat proqram təminatını əvəz etməklə bərabər bir çox üstünlüklərə malikdir (bankla inteqrasiya, müştəri və təhcizatçılara avtomatik məlumatların göndərilməsi və s.).
“Techfin” MMC-nin təsisçisi və direktoru Hacıağa Hacı bildirmişdir ki, “Maliyyə-mühasibat sahəsində texnoloji yeniliklərin tətbiq olunması həmçinin sahibkarların da maliyyə savadlılığını artıracaq, mühasiblərin işini asanlaşdıracaq, uçotun şəffaflaşmasına öz tövhəsini verəcəkdir ki, nəticədə bu, həm dövlət, həm sahibkarlar, həm də mühasiblər üçün faydalı olacaqdır. Bizim fikrimizcə, onlayn-mühasibat sadə, rahat, etibarlı, aktual və sərfəli olmalıdır ki, bizim yaratdığımız həll bu meyarlara tam uyğundur”.