“İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi Qaydası” təsdiq edildi

Karantin rejiminin müddəti, Malların ixrac qeydi ilə satışı Qaydası, karantin rejimində dəyişikliklər, Sığortaolunanların fərdi uçotunun aparılması, karantin rejimi, Nağd pul vəsaitinin uçotu, tibbi sığorta, gömrük rüsumlarının dərəcələri, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, Elektron alış aktı, ictimai iaşə, icazə, karantin rejimi, işləməyəcək yerlər, Həftə sonu qadağası, Vahid büdcə, karantin dövrü artırılır, Özünüməşğulluğun təşkili, Müvəqqəti vergi rejimi, gömrük, tədbirlər planı, Qeyri-iş günləri, aksiz dərəcələri, təsnifat kodları,“İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Banner

Bakı şəhəri, 14 dekabr 2020-ci il
№ 495

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 14 dekabr
tarixli 495 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi

 Q A Y D A S I

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 15-25.1-ci maddəsinə əsasən hazırlanmışdır və icbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi qaydasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunmuş anlayışlar Qanunda verilmiş mənaları ifadə edir.

2. İcbari tibbi sığorta fondunun gəlir və xərcləri

2.1. Qanunun 15-9-cu maddəsinə uyğun olaraq, icbari tibbi sığortanın maliyyə mənbələri aşağıdakılardan ibarətdir:

2.1.1. sığorta haqları, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sığorta haqları;

2.1.2. subroqasiya hüququnun istifadəsi nəticəsində əldə edilən gəlirlər;

2.1.3. icbari tibbi sığorta üzrə sərbəst vəsaitlərin idarə olunması nəticəsində əldə edilən gəlirlər;

2.1.4. müştərək maliyyələşmə məbləği;

2.1.5. qanunvericiliklə müəyyən olunmuş qaydada cəlb edilmiş borc;

2.1.6. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar;

2.1.7. Qanunun tələblərinin pozulması ilə bağlı tətbiq olunan cərimələrdən, maliyyə sanksiyalarından və hesablanmış faizlərdən daxilolmalar;

2.1.8. Azərbaycan Respublikasının Prezidenti tərəfindən nəzərdə tutulan, habelə qanunla qadağan olunmayan digər mənbələr.

2.2. Qanunun 15-21.4-cü maddəsinə uyğun olaraq ilin sonuna icbari tibbi sığorta fondunun istifadə olunmamış vəsaitləri sığorta ehtiyatlarına yönəldilir və bu vəsait fondun xərclərinin maliyyələşdirilməsində istifadə olunur.

2.3. Qanunun 15-9.1.6-cı maddəsində nəzərdə tutulmuş müştərək maliyyələşmə məbləği istisna olmaqla, 15-9.1-ci maddədə göstərilmiş digər mənbələrdən icbari tibbi sığorta fonduna daxil olan vəsaitlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (bundan sonra – Agentlik) bank hesabına toplanılır və Qanunun 15-21.1.1- 15-21.1.3-cü maddələrində göstərilən məqsədlər üçün istifadə edilir.

2.4. İcbari tibbi sığorta vəsaitləri, o cümlədən həmin vəsaitlər üzrə gəlir və xərclərin uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-1-ci maddəsinə uyğun olaraq Agentlik tərəfindən aparılır.

3. İcbari tibbi sığorta vəsaitləri üzrə təqdim edilən hesabat

3.1. Agentlik tərəfindən yanvar ayının 1-dən dekabr ayının 31-dək (31-i daxil olmaqla) dövrü əhatə edən İcbari tibbi sığorta fondunun gəlir və xərcləri barədə hesabat (əlavə olunur) auditor rəyi ilə birlikdə növbəti ilin 30 iyun tarixinədək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

3.2. Hər təqvim ili tamamlandıqdan sonra, növbəti ilin ilk ayının 31-dən gec olmayaraq, Qanunun 15-10.1.1-ci maddəsinə əsasən Agentliyin hesabına ödənilmiş vəsaitlər üzrə Agentliklə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi arasında, Qanunun 15-10.1.2- 15-10.1.7-ci maddələrində nəzərdə tutulmuş vəsaitlər üzrə isə Agentliklə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında tutuşdurma Aktı tərtib edilir.

Faylı yükləyin: [download id=”4046″]

Mənbə: nk.gov.az


Bax: Vahid büdcə təsnifatı barədə Qərarda dəyişiklik edildi


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun