Hədiyyə kartları vergiyə necə cəlb edilir?

Sual: Pərakəndə və Topdansatış ilə məşğul olan müəssisə (ƏDV ödəyicisi) müştərilərə həm də hədiyyə kartı satır (50 Azn, 100 Azn və s), sonra bu kartla gəlib mal alırlar. Bu əməliyyatın vergiyə cəlb olunması necə olur? Kartın satılmasında və kartı verib əvəzində mal götürülməsində hansı ciddi hesabat blankları təqdim olunmalıdır?

Cavab: Bildiririk ki, cəmiyyət tərəfindən müştəriyə təqdim edilən hədiyyə kartına görə əldə olunan vəsaitə görə nəzarət-kassa aparatının çeki təqdim edilir. Eyni zamanda müştəri tərəfindən alınmış hədiyyə kartı əsasında mallar alınarkən satılan malın dəyərinə də nəzarət kassa-aparatının çeki verilir.

Bu zaman hədiyyə kartının satışına görə və həmin hədiyyə kartı əsasında təqdim edilən mala görə nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim olunur.

Təqdim edilən hədiyyə kartının dəyəri ƏDV-yə və mənfəət vergisinə cəlb edilir.

Banner

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı, 50-ci, 104-cü və 159-cu maddələri.

Mənbə: vergiler.az

Bax:

TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun