Dövlət Vergi Xidmətindən bildirilib ki, əmlakın siyahıya alınması Vergi Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir:
• nağd pul vəsaitləri;
• bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair);
• hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər;
• istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər;
• inventarizasiya aparılmaqla digər əmlak.
Əsaslandırılması: Vergi Məcəllənin 89.6-cı maddəsi.
Mənbə: vergiler.az
Bax: