“Əmək münasibətləri və məşğulluq” altsistemi hazırlanır

Sosial xərclər, sosial ödəmə, hüquq pozuntuları, Əmək müqaviləsinin forması, 190 manat, Əmək Məcəlləsində dəyişikliklər, Məşğulluq xidmətləri, Ünvanlı sosial yardım, qeyri-iş günləri, pensiya, işsizlik sığortası üzrə rekvizitlər, əmək haqqı gəliri, işsizlik səviyyəsi, Birdəfəlik ödəmə, İşsiz, İşsiz şəxslərin qeydiyyatıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ölkə üzrə məşğulluğa dair məlumatları, ölkənin məşğulluq xəritəsini, məşğul şəxslərin reyestrini özündə birləşdirəcək “Əmək münasibətləri və məşğulluq” altsistemini hazırlayır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, altsistem işəgötürənlər, işə qəbul olunanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər üçün vahid əmək münasibətləri paltforması rolunu oynayacaq.

Məqsəd işçilərlə işəgötürənlər arasında elektron əmək müqaviləsinin bağlanması, rəqəmsal kadr uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, zərərli iş yerlərinin attestasiyası, əməyin hesablanması və ödənilməsinin qanunvericiliyə uyğun təşkili və s. sahələrdə işəgötürənlərə zəruri və çevik dəstək verməkdir. Həmin altsistem əmək münasibətlərinin həyata keçirilməsi sahəsində qanunvericiliyin tətbiqi üzrə bütün məqamlarda işəgötürənlər üçün önəmli resurs olacaq.

Aktiv məşğulluq tədbirlərinin təşkili altsistemin əsas funksional istiqamətlərindən birini təşkil edəcək. Özünüməşğulluğa cəlb edilmiş şəxslərin reyestrinin formalaşdırılması, onlara ən uyğun biznes istiqamətinin innovativ həllərlə seçimi, növbəlilik prinsiplərinin elektron qaydada təşkili “Əmək münasibətləri və məşğulluq” altsistemi vasitəsi ilə həyata keçiriləcək. Həmçinin ölkə üzrə vakansiya bankının formalaşdırılması və rəsmi karyera portalı bu altsistemin tərkibində olacaq.

İstehsalatda baş verən bədbəxt hadisələrin reyestrinin formalaşdırılması, əməyin təşkili və müafizəsi sahəsində tədqiqat işlərinin aparılması və yoxlamaların həyata keçirilməsi məqsədi ilə altsistemin tərkibində risk əsaslı yoxlama, elektron audit və elektron cərimə modulları da yaradılacaq.

Banner

Mənbə: vergiler.az


Bax: Muzdla çalışan işçilərin əmək haqqı artıb

TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun