Muzdla çalışan işçilərin əmək haqqı artıb

birbank biznes

əmək haqqı, Sosial xidmətlər, aylıq əmək haqqı, Sosial yardımın müddəti,Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 23 faiz artaraq 720 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmək haqqı neft-qaz sektorunda 3571 manat, qeyri neft-qaz sektorunda 657,9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 627 manat, özəl müəssisələrdə isə 839,8 manat olub. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Mənbə: vergiler.az


Bax: Kapital Bank-da işləmək istəyənlər üçün yeni portal yaradıldı 

TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun