Startapların hüquqi tənzimlənməsi

birbank biznes

Startap dedikdə innovativ təşəbbüsə əsaslanaraq həyata keçirilən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və həmin qurum tərəfindən “Startap” şəhadətnaməsi verilmiş şəxslərin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti başa düşülür.

Hazırda “Startap şəhadətnaməsinin verilməsi meyarları”nın təsdiq edilməsi üçün müvafiq tədbirlər icra olunmaqdadır.

Mövzu çərçivəsində qeyd edək ki, mikro və ya kiçik sahibkarlıq subyekti olan və fərdi sahibkar (və ya hüquqi şəxs) kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir – 3 il müddətinə gəlir vergisindən (mənfəət vergisindən) azaddır.

Onu da nəzərə almaq lazımdır ki, mikro sahibkar dedikdə işçilərinin sayı 10 nəfərədək, illik gəliri 200 min AZN-dək, kiçik sahibkar dedikdə isə işçilərin sayı 11-50 nəfərədək, illik gəliri 3 milyon AZN-dək olan sahibkarlar başa düşülür.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax:

TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun