Azərbaycan Mühasiblər Məktəbinin 2023-cü ildə təşkil edəcəyi 8-ci Ödənişsiz vebinar “ƏDV-li alış və satış əməliyyatlarının müxabirləşməsi” mövzusunda olacaq.
Tarix: 08 Dekabr / Saat: 19:15
Qeydiyyatdan keçmək üçün keçidə daxil olmaqla sorğunu tamamlamağınız xahiş olunur: https://forms.gle/XzN1rexapbTpRWxy7
Vebinarın proqramı:
- Satış əməliyyatları;
- Satılmış malların silinməsi;
- Alış və satış zamanı ƏDV;
- ƏDV nin əvəzləşməsi;
- ƏDV yə cəlb edilmənin 3 halı.
Təlimçi: Şahin Qurbanov
Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə ve Kredit” üzrə bakalavr (2004-2008), “Maliyyə” ixtisası üzrə isə magistr (2009-2011) məzunudur.
2019-cu ildən etibarən müxtəlif sahələrdə (istehsalat, xidmət, kənd təsərrüfatı, tikinti və s.) fəaliyyət göstərən “Mirleks Group”da Maliyyəçi və eyni zamanda “Caspian Rail MMC” logistika şirkətində Baş mühasib olaraq çalışır.
Daha öncə “MD Design” MMC, “NOBEL İLAÇ SAN. VE TİC. A.Ş.”, “Carlsberg Azerbaijan” kimi müxtəlif şirkətlərdə işləmişdir.
15 ilə yaxındır mühasibatlıq və maliyyə sahəsində fəaliyyət göstərən Şahin Qurbanov “ACCA” üzrə F1, F2, F3 beynəlxalq sertifikatların sahibidir. 2018-ci ildən bu günə kimi mühasibat uçotu və 1C mühasibat proqramı üzrə təlimçi kimi fəaliyyətini davam etdirir.
Əlaqə: