İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fevralın 8-də, saat 15:00-da “Zoom” platforması üzərindən 100 nəfər vergi ödəyicisinin iştirakı ilə növbəti onlayn görüş keçirməyi planlaşdırır.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Görüşün məqsədi Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsidir.
Görüşdə iştirak etmək istəyən vergi ödəyiciləri aşağıdakı linklər vasitəsi ilə 08.02.2022-ci il saat 14:30-a qədər görüşə yazıla bilərlər:
Web üzərindən yazılma üçün: https://fxo.io/m/tigers-incredible-1202
Telegram üzərindən yazılma üçün: DVX Bot
Bu ilin yanvar ayında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturları müxtəlif kateqoriyalara aid vergi ödəyicilərinin iştirakı ilə 41 görüş keçirib. Bundan əlavə, qurumun Vergi ödəyicilərinə xidmət baş idarəsi vergi ödəyicilərinin iştirakı ilə “Zoom” platforması üzərindən onlayn görüşlər təşkil edib. Qanunvericiliyə edilmiş dəyişikliklərlə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq izahlar verilib.
Mənbə: report.az