ƏDV qeydiyyatı keçmiş tarixlə aparıldıqda bəyannamə necə təqdim edilməlidir?

Suala vergi mütəxəssisi Xəyal Feyzullayev aydınlıq gətirir. Vergi Məcəlləsinin 177.5-ci maddəsində göstərilir ki, qeydiyyat Məcəllənin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb edilən əməliyyatlar üzrə ƏDV ödəməlidir və müəyyən edilmiş qaydada … Read More

0
Əvəzçilik qaydasında əmək müqaviləsi

İşçinin bir neçə iş yerində çalışması üçün qanunvericiliklə müəyyənləşdirilmiş hüquqi şərtlərə əməl etmək tələb olunur. Mövzunu insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev şərh edir. Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri … Read More

0
Səyahət sığortasından ƏDV tutulurmu?

Azərbaycan Respublikası hüdudlarından kənarda yerləşən şirkətin onlayn təqdim etdiyi səyahət sığortası üçün bank tərəfindən 18% ƏDV tutulması düzgündürmü? Dövlət Vergi Xidmətindən bildiririlib ki, səyahət sığortasının əldə edilməsinə görə xarici ölkənin sığorta şirkətinə aparılan ödənişlər elektron ticarət qaydasında göstərilən iş və … Read More

0
Rezidentin xarici elektron pul kisəsindən yerli bank hesabına pul köçürülərkən vergi tutulurmu?

Mən xarici elektron pul kisəsindəki məvacibimi Azərbaycandakı plastik kartıma köçürdükdə hər hansı vergi ödəməliyəmmi? Dövlət Vergi Xidmətindən bildirilib ki, rezident tərəfindən xarici elektron pul kisəsindəki vəsaitin rezident bank hesablarına köçürülməsinə görə vergi tutulmur. Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus … Read More

0
Təminat xarakterli depozitdən ƏDV tutulurmu?

ƏDV ödəyicisi olan şirkət müqavilə şərtinə uyğun olaraq icarədardan təminat olaraq depozit alır və müqavilənin müddəti bitəndən sonra depozit məbləğini geri qaytarır. Bu halda depozit kimi alınan məbləğdən ƏDV hesablamalıdırmı? Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd olunan halda icarə … Read More

0
Kənd təsərrüfatı məhsullarının topdansatışı zamanı ƏDV necə hesablanır?

Fərqdi sahibkar kimi kənd təsərrüfatı mallarının topdansatışı ilə məşğulam. ƏDV ödəyicisiyəm. ƏDV-ni ümumi dövriyyədən, yoxsa ticarət əlavəsindən hesablamalıyam? Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və … Read More

0
Yaşayış sahəsi alarkən ödənilmiş ƏDV hansı şərtlərlə qaytarılır?

Yeni istifadəyə verilmiş yaşayış kompleksindən mənzil alarkən ödədiyim əlavə dəyər vergisinin (ƏDV) qaytarılması mümkündürmü? Dövlət Vergi Xidmətindən bildirilib ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış … Read More

0
Tenderdə iştirak haqqına ƏDV hesablanmalıdırmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin müddəalarına əsasən iştirak haqqı tenderin əsas şərtlər toplusunu və ya kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün malgöndərən (podratçı) tərəfindən ödənilən vəsaitdir. Bu Qanunun … Read More

0
Elektron ticarət qaydasında alınan mallara, işlərə və xidmətlərə görə vergi öhdəliyi

“Google play”dən meditasiya proqramı yükləyərkən hesabımdan vergi tutuldu. Bu proqramla qazanc məqsədilə hər hansı xidmət göstərmək mümkün deyil. Bu sahədə mövcud vergi öhdəliyi barədə açıqlama verməyinizi xahiş edirəm. Dövlət Vergi Xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may … Read More

0
1 5 6 7 8 9 10 11 20
error: Content is protected !!