Kursun adı: ƏDV bəyannaməsinin hazırlanması
Kursun müddəti: 10 saat
Kursun növü: Onlayn və oflayn
Ünvan: Caspian Plaza
Kursu əhatə edəcək mövzular:
- Əlavə dəyər vergisi nədir?
- Bəyannamə tərtibatı proqramı (BTP) haqqında ümumi məlumat (BTP proqramına giriş, proqramın yüklənməsi və yenilənməsi qaydaları);
- ƏDV depozit hesabı;
- ƏDV bəyannaməsinin tərtib edilməsi;
- “Əlavə 1″in hazırlanması;
- “Əlavə 2″nin hazırlanması
- “Əlavə 3″ün hazırlanması (ƏDV tutulan dövriyyə barədə məlumat);
- “Əlavə 4″ün hazırlanması (ƏDV-yə sıfır (0) dərəcə ilə tutulan dövriyyə barədə məlumat);
- “Əlavə 5″in hazırlanması (ƏDV-dən azad olunan dövriyyə barədə məlumat);
- Debitor borclar barədə məlumat;
- Əvəzləşdirilən hissənin izahı;
- ƏDV bəyannaməsinin rahat hazırlanması üçün cədvəllər necə olmalıdır?;
- ƏDV ilə bağlı kameral məktublar üzrə bəzi tövsiyələr.
Kurs üçün qeydiyyat linki: https://form.cubics.pro/form
Təlimçilər barədə:
Kəmalə Rzayeva
İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə bakalavr, Bakı Mühəndislik Universitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda İqtisad Universitetinin “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.
2004-cü ildən etibarən fəaliyyəti fərqli olan müəssisələrdə mühasibatlıq və vergi sahəsində çalışır. Mühasibat və vergi uçotu sahəsində 15 ildən artıq təcrübəyə malikdir. “Karvan-L” elmi istehsalat şirkəti, “Azinterval” MMC, “Azərtunel” MMC, “As-İnşaat N” MMC kimi müəssisələrdə “Baş mühasib” vəzifəsində çalışmışdır. Hal-hazırda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting Az” MMC-də “Baş mütəxəssis” vəzifəsində çalışır.
Kəmalə Rzayeva vergi hesabatlarının hazırlanması, mühasibat uçotu, praktiki mühasibatlıq, 1C mühasibat proqramı, beynəlxalq maliyyə uçotu üzrə təlimlər keçmişdir. Tətbiqi, praktiki mühasibat və vergi uçotu sahəsində çoxillik təcrübəyə malikdir. Peşəkar Mühasib Sertifikatı (PMS) və Beynəlxalq Maliyyə Hesabatlarının Standartları (FR) sertifikatlarına sahibdir.
Kurs üçün qeydiyyat linki: https://form.cubics.pro/form