Beynəlxalq yükdaşıma xidmətinin ƏDV-yə cəlb edilməsi

Beynəlxalq yükdaşıma fəaliyyətiBeynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğulam, bu yaxınlarda ƏDV ödəyicisi olmuşam. Yerli şirkətlərlə müqavilə bağlayıb, xaricdən gətiriləcək yükləri Azərbaycana və ya ölkədən xaricə yükdaşımasını həyata keçirirəm. Bilmək istərdim ki, elektron qaimə-fakturanı necə göndərməliyəm, ƏDV-dən azad olunan, yoxsa ƏDV-yə “0” dərəcə ilə cəlb edilən kimi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 165.1.4-cü maddəsində təsbit edilib ki, beynəlxalq yük daşınması ƏDV-yə sıfır (0) dərəcəsi ilə cəlb edilir. Buna əsasən, qeyd olunan xidmətlərin dəyəri elektron qaimə-fakturanın “o cümlədən, ƏDV-yə “0” dərəcə ilə cəlb edilən əməliyyatların dəyəri” sütununda göstərilir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci, 165.1.4-cü maddələri. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydası”.

Mənbə: vergiler.az

Banner