Mən istehsal müəssisəsində mühasib, iş yoldaşım isə 1C operatoru vəzifəsində çalışırıq. Şirkətimiz kadr islahatı ilə bağlı məni PMS hazırlığına, iş yoldaşımı isə data analitika kursuna göndərir, təlimin pulu müqavilə əsasında qarşı tərəfə ödənilir. Bilmək istərdim: təlimə ödənilən vəsait şirkət üçün gəlirdən çıxılan xərc hesab edilirmi?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
Sorğuda qeyd olunan, işçilərin işəgötürən tərəfindən ödənilmiş sosial xarakterli xərcləri işəgötürənin gəlirdən çıxılan xərclərinə aid edilmir.
Əsas: Vergi Məcəlləsinin 108-ci və 109-cu maddələri
Mənbə: vergiler.az